Psevdodövlətin konfuzu
Siyasət

Psevdodövlətin konfuzu

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasındakı çıxışı ilə öz "siyasi çəkisini" bəlli etdi. Belə ki, o, kifayət qədər mötəbər bir tədbirdə Rusiya Prezidenti Vladimir Putinin sözünü kəsdi, digər iştirakçılara da hörmətsizlik edərək tamamilə məntiqsiz fikirlərləqəhrəmanaçevrildi. Xüsusilə dövlət başçılarının mimikaları Paşinyanın özünü necə alçaltmasından xəbər verirdi. Bu hadisə ölkədə baş alıb gedən Paşinyan hakimiyyətinin səriştəsizliyi ilə bağlı məsələlər Ermənistan mediasında geniş yer alıb.

"Hraparak" nəşri mayın 25- Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Nikol Paşinyanın əsassız fikirlərini tənqid edən yazı dərc edib. Məqalədə qeyd olunur: "Azərbaycan Prezidenti İlham Əliyev Nikol Paşinyana təslim olmur bəyan edir ki, Ermənistanın bundan qaçmaq cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizi açılacaq". "Hraparak" bildirir ki, Paşinyan hökuməti dəfələrlə bəyan edib: "Biz regionda kommunikasiyaların açılmasının tərəfdarıyıq, lakin hər hansı dəhlizin açılmasından söhbət gedə bilməz". Rəsmi İrəvanın bu fikirlərinin yalan olduğunu bildirən nəşr yazının sonunda Paşinyanın hərəkətlərini tarixi oyun adlandırıb   Rusiya Prezidenti Vladimir Putinin ona baxışları belə şərh olunub: "Guya Zəngəzur dəhlizindən xəbərin yoxdur?!..".

Bununla yanaşı, "Hraparak" keçmiş erməni liderlərinin Nikol Paşinyanın cinayət əməllərini ifşa edən geniş məqalə yayımlayıb. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan Nikol Paşinyan dinc əhaliyə müxalifətçilərə qarşı cinayət əməli törətməkdə günahlandırılıblar. "Çevik manipulyator" "layiqli davamçı" adlandırılan Nikol Paşinyan haqqında isə "hakimiyyətə demokratiya şüarları ilə gəlsə , dərhal sələflərinin bəzi "adət" "taktikalarınıözünə götürdü" ifadəsi istifadə edilib.  "O, Ter-Petrosyanın insanlara cəmiyyətə qarşı biganəliyini miras alıb onu narahat edən hər kəsi ayaqları altında tapdalamağa hazırdır. Sonrakı prezidentlər kimi bütün ölkəni polis dövlətinə çevirdi. Polis dəyənəyi bu gün bütün ölkədə, hətta Milli Məclisin zalında ən çox istifadə olunan alətlərdən biridir. Müharibədə ölənlərin analarına belə aman verilmir. Paşinyan Ermənistanın yeganə lideridir ki, açıq şəkildə zorakılığa çağırır hədələyir. Siyahını davam etdirmək olar, amma unutmayaq ki, o, həm Serj Sarkisyanın nəslindəndir".

Digər bir erməni xəbər saytı Pastinfo xəbər verir ki, Ermənistanın ilk xarici işlər naziri, "İrs" partiyasının sədri Raffi Hovhannisyan keçirdiyi mətbuat konfransına deyib: "Təəssüflər olsun ki, xalq dövlət bir şəxsin mülkiyyətinə çevrilib". O, əlavə edib ki, biz öz əlimizlə dövlətçiliyi itirməklə qarşı-qarşıyayıq. N.Paşinyan açıq-aydın bizi fəlakətə sürükləyir. Bütün bunlarla bağlı dövlət orqanları heç bir tədbir görmür: "Keçmiş prezidentlərin səhvləri, qüsurları olub, mən onları tənqid etmişəm. Amma heç biri dövlət sərhədimizi qeyri-müəyyən hala salmayıb". Hovhannisyan hesab edir ki, indiki rəhbərlik, sadəcə olaraq, hakimiyyətdə qalmaq üçün vətəni satmağa hazırlaşır. Onlar ölkəni müharibə ilə üz-üzə qoymamaq üçün yox, ancaq hakimiyyətdə qalmaq üçün sülh istəyirlər.

Yerkir.am xəbər saytında isə Artak Zakaryan qeyd edib ki: "İndi Paşinyan Ermənistanın təhlükəsizliyini Azərbaycana verir, Azərbaycanın mövqelərini gücləndirir". Qarabağ haqqında danışan keçmiş nazir müavini bildirib ki, Nikol Paşinyanın təkbaşına ya siyasi satqınlarının kiçik bir qrupu ilə xalqın adından belə bəyanat verməyə haqqı yoxdur. Həmçinin o vurğulayır ki, Paşinyanın bütün fəaliyyəti dövründə verdiyi bəyanatların 99 faizi yalan manipulyasiya xarakteri daşıyır: "Cəmiyyəti parçalamaq, düşmənçilik toxumu səpmək onun əsas peşəsidir. O, öz siyasi qrupu ilə birlikdə daim günahkar axtarır, bu şəkildə məsuliyyət öz üzərindən atır. Bundan əlavə, onun məsuliyyəti hüquqi siyasi məsələdir. dövlətin maraqları baxımından Paşinyanın erməni xalqı adından belə bir bəyanatla çıxış etməyə haqqı yoxdur", - deyə siyasətçi əlavə edib.

Panaroma.am xəbər saytı da Nikol Paşinyanı xain satqın adlandıran bir məqalə yayımlayıb. Məqalədə deyilir:  "Ermənistan Milli Assambleyasında çıxış edən Paşinyan deyib ki, o, satqın adlandırılmaqdan qorxmur. Görünür, hər zaman xain adlandırılan şəxs artıq bu ada da öyrəşib. Lakin bu cür olsa belə, Paşinyan, Avinyan, digərləri bundan qorxmur utanmırlar, onlar üçün fərqi yoxdur. Amma Paşinyanın hiylələrinə uymamalıyıq".

Göründüyü kimi, siyasi hərc-mərcliyin baş alıb getdiyi psevdodövlət olan Ermənistanda dövlətçilik ciddi təhlükə altındadır. Moskva görüşündə həmin ölkənin baş nazirinin düşdüyü vəziyyət psevdodövlətin konfuzunun təsdiqidir. Bütün bunlara baxmayaraqNikol Paşinyan destabil vəziyyətin hökm sürməsinə can atır, keçirilən görüşlərdə isə hələ sülh müqaviləsi imzalamaqdan, regiondakı nəqliyyat enerji layihələrinə qoşulmaqdan imtina edir.

"Respublika".