Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları önünə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad ediblər.