Planetimizi qoruyaq, sağlam yaşayaq
Digər xəbərlər

Planetimizi qoruyaq, sağlam yaşayaq

"Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar maliyyə yardımı göstərmişik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə keçirilən tədbirdə videomüraciətində deyib.

Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci il aprelin 7- yaranıb. Dünyanın 200-dək ölkəsi təşkilatın üzvüdür. Azərbaycan da təşkilata üzv qəbul edilib. 1950-ci ildən etibarən hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Məqsəd diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltməkdir. Ümumdünya Sağlamlıq Günü hər il bir mövzuya həsr edilir, müxtəlif şüarlar altında keçirilir.

2008-ci ildə qeyd olunan Ümumdünya Sağlamlıq Günü insan sağlamlığının iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunması məsələsinə həsr edilib. ÜST iqlim dəyişikliyinin qlobal ictimai səhiyyə üçün getdikcə daha çox təhlükə yaratdığına görə bu mövzunu seçmişdir.

"Sağlamlığın iqlim dəyişikliyinin təsirindən qorunması" mövzusu sağlamlıq məsələsini iqlim dəyişikliyi haqqında qlobal dialoqun əsas müzakirə predmetinə çevirir. Məhz əməkdaşlığı artırmaqla dünya ictimaiyyəti iqlimin dəyişməsi nəticəsində sağlamlıqla bağlı yaranmış problemlərin öhdəsindən gəlməyə daha hazırlıqlı olacaq.

İqlim dəyişikliyi Avropada özünü daha çox büruzə verir. Bu gün cəmiyyətin bütün qrupları iqlim dəyişikliklərinin, qeyri-sabitliyin kəskin hava şəraitinin təsirinə məruz qalır. İnsan sağlamlığına ən güclü təsirlər ÜST-ün Avropa regionunda müşahidə olunub. Avropanın ondan çox ölkəsindən alınmış məlumatlara əsasən, 2003- ilin yayında havaların isti keçməsi nəticəsində 70 mindən artıq insan ölüb. Təbii ki, temperatur yüksəldikcə sağlamlığa mənfi təsirlər artacaq. Buna baxmayaraq, səhiyyə sektorlarında müəyyən tədbirlərin həyata keçirilməsilə həmin təsirlərin qarşısını almaq ya nəzarət altında saxlamaq mümkündür.

Ümumdünya Sağlamlıq Günü 2014- ildə "Kiçik sancma böyük təhlükə mənbəyidir", 2015-ci ildə "Qida məhsullarının təhlükəsizliyi", 2016- ildə "Diabetə qalib gələk", "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 səhər - 1000 həyat", 2018-ci ildə "Depressiya: gəlin danışaq", 2021-ci ildə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə mübarizə mövzularına həsr olunub "Daha ədalətli daha sağlam dünya quraq" şüarı ilə keçirilib. 2022-ci ildə isə günün şüarı "Bizim planetimiz bizim sağlamlığımızdır" olub.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəbdən yaranan xəstəliklərdən hər il dünyada 13 milyon insan həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər dünyanın qarşısında duran əsas məsələlərdən biridir. Uzun sağlam ömür yaşamağa nail olmaq sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.

Sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilərin narkotik vasitələrin zərərləri barədə məlumatlandırma, profilaktik prosedurların təyini s. kimi məsələlərin həlli Ümumdünya Sağlamlıq Günü çərçivəsində keçirilən tədbirlərdə müzakirə olunur, vəziyyətdən çıxış yolları axtarılır. Bəzən həyəcan təbili çalınır, insanlara aşılanır ki, ölkələr qədər tez tədbir görərsə, onun bəhrəsi bir o qədər çox, çəkilən xərclər isə daha az olar.

Təsirlərin azaldılmasına yönəlmiş güclü tədbirlər, yəni istixana qazlarının toplanmasını dayandırmaq (təsirini azaltmaq) iqlim dəyişikliyini ləngitmək məqsədilə qoyulan sərmayələr son nəticədə sağlamlıq üçün faydalı olacaq. Ölkələr öz vətəndaşlarına yeni təhlükələrin öhdəsindən gəlməyə kömək etmək məqsədilə təsirlərin azaldılmasına xidmət edən tədbirlər görməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının sabiq baş direktoru Marqaret Çanın dediyi kimi: "İqlim dəyişikliyi yaşadığımız dövrün ən böyük problemlərindən biridir. İqlim dəyişikliyi sağlamlığın ən vacib ünsürləri olan ərzaq, hava suya təsir etməklə özünü ən kəskin, xoşagəlməz hallarla büruzə verəcək. Bu problemin müqabilində bütün dünyada iqlim dəyişikliyi sahəsində insan sağlamlığının müdafiəsini əsas hədəfə çevirən mübariz insanlara ehtiyacımız vardır".

Bəli, bu dünya hamının evidir onu qorumaq hər bir dövlətin, millətin, fərdin müqəddəs borcudur. Dünyamızı qoruyaq ki, sağlam yaşaya bilək...

Zümrüd QURBANQIZI,

"Respublika".