Peşə bayramında Heydər Əliyevin məzarı ziyarət olundu
Sosial həyat

Peşə bayramında Heydər Əliyevin məzarı ziyarət olundu

Nərimi RİH-dən bildirilir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olundu.

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu.

“Respublika”.