Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 179 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 179 doza vaksin vurulub

Mayın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 179 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 22, ikinci doza vaksinlərin sayı 110, üç daha çox doza vaksinlərin sayı 44, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 964 min 723, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 367, ikinci mərhələ üzrə 4 milyon 883 min 651, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 490, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 215-dir.  

 

Mayın 26-da Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 442 nəfər müalicə olunaraq sağalıb, 10 min 273 nəfər vəfat edib. Aktiv xəstə sayı 88 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 659, indiyə qədər isə ümumilikdə 7 milyon 616 min 735 test icra olunub.