Ordumuz tərəfindən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb
Digər xəbərlər

Ordumuz tərəfindən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb

Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.

AZƏRTAC