Ombudsman Aparatının əməkdaşı elmi-praktik konfransda çıxış edib
Digər xəbərlər

Ombudsman Aparatının əməkdaşı elmi-praktik konfransda çıxış edib

Görkəmli ictimai-siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika elmi-praktik konfransı keçirilib. Ombudsman aparatının yaydığı məlumatda bildirilir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad  Daanov konfrans iştirakçılarını salamlayıb.

Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov “Ulu Öndər Heydər Əliyev insan hüquqları sahəsində islahatların banisidir” mövzusunda çıxışı edib. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, eyni zamanda, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

“Respublika”.