ÖLKƏNİN VƏ XALQIN XOŞBƏXTLİYİ NAMİNƏ MÜBARİZƏNİN TƏCƏSSÜMÜ
Siyasət

ÖLKƏNİN VƏ XALQIN XOŞBƏXTLİYİ NAMİNƏ MÜBARİZƏNİN TƏCƏSSÜMÜ

Azərbaycan xalqı 15 İyunMilli Qurtuluş Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu əlamətdar günün 30-cu ildönümünün qeyd olunması 44 günlük Vətən müharibəsində Zəfərimiz, əzəli torpağımız olan Qarabağın Ermənistanın işğalından azad edilməsi, iqtisadiyyatın, elmin mədəniyyətin çiçəklənməsi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir tarixində misli görünməmiş mənəvi yüksəlişi ilə müşayiət olunur

"15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli Qərarı ilə bu günün tariximizin əlamətdar günlər təqviminə qızıl hərflərlə yazılması heç təsadüfi deyildir.

Müasir Azərbaycan dövlətçiliyinin inkişafının təməlində Azərbaycan xalqının o zaman Ulu Öndər Heydər Əliyevin himayəsində olan Naxçıvana nəzərlərini yönəltdiyi 15 iyun 1993- il tarixi dayanır. Yalnız bu beynəlxalq nüfuzlu nəhəng şəxsiyyət dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın vətəndaş müharibəsi uçurumuna yuvarlanmasının qarşısını ala bildi.

Qədim yunan mütəfəkkiri, filosof Aristotel cəsarətin fəzilətinin insanlarda yaradıcı işlər görməyə təşviq edən cəsarət gücünü yaratdığını söyləməkdə haqlıdır. Məhz bu cür fəzilət ölçüyəgəlməz dərəcədə mürəkkəb, ekstremal şəraitdə düşüncələrini, fiziki intellektual qüvvəsini xalqını yenicə bərpa olmuş suveren dövlətçiliyini itirmək fəlakətindən xilas etməyə yönəldən böyük şəxsiyyət Heydər Əliyevin bütün varlığını simvolizə edirdi.

Ulu Öndərimiz 1990- ilin yanvar ayında Azərbaycanda qanlı terror törədən sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yaranan təhlükə ilə üzləşdiyi vaxtda bütün qüvvəsini əsirgəmədən Vətənimizin müdafiəsinə qalxdı. Lakin ovaxtkı Azərbaycan hakimiyyətinin Heydər Əliyevə hər formada mane olmaq cəhdlərinə, onun mahiyyət etibarilə uzaqgörən xəbərdarlıqlarına Qorbaçovun Azərbaycana münasibətdə qərəzli siyasətinə qarşı tədbirlər planına etinasız yanaşmasına baxmayaraq, Heydər Əliyevin Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəltdiyi qəhrəmanlıq mübarizəsinə görə xalq ona öz minnətdarlığını bildirdi onun ətrafında həmrəyliyini birmənalı şəkildə nümayiş etdirdi.

Ulu Öndər Naxçıvan Muxtar Respublikasında Ali Məclisə sədrliyi dövründə erməni hərbi birləşmələrinin muxtar respublikanın ərazisinə hücumlarına qarşı müdafiə sistemi yaradıb, bölgənin gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün baza formalaşdırıb, qardaş Türkiyəyə dəstək verib bununla da, bütün Azərbaycanın qorunmasının effektiv üsullarını əyani şəkildə nümayiş etdirib.

Həmin dövrdə respublikada idarəetmə strukturlarının fəaliyyətində anarxiya xaos hökm sürür, qarışıqlıq korrupsiya baş alıb gedirdi. Ovaxtkı rəhbərlərin həddini aşan ambisiyaları, boş, mənasız iddiaları qabarıq şəkildə özünü göstərirdi.

Ötən əsrin 80-ci illərinin sonu - 90- illərinin əvvəllərində müxalifət hərəkatında yuva quran, "Xalq cəbhəsi" qiyafəsində birləşən "cəbhəçilər" nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək arzusunu həyata keçirdikdən sonra Azərbaycan xalqının maraqlarına etinasızlıq göstərməyə başladılar. Bununla da xalqa açıq-aşkar xəyanət etdilər. Bu "demokratik rejim" carçılarının xəyanətini təcəssüm etdirən saysız-hesabsız faktlar var.

AXC-Müsavat cütlüyünün Azərbaycan xalqının mənafeyinə zərbə vuran təktərəfli, yarımçıq, primitiv xarici siyasətinə dair yalnız bir, lakin çox illüstrativ bir nümunəni göstərmək olar. Böyük Britaniyanın sabiq Baş naziri əfsanəvi Marqaret Tetçerin BP şirkətinin maraqlarına lobbiçilik etmək məqsədilə Bakıya səfəri zamanı, onun qarşısında əyilərək "dəmir ledi"nin rəğbətini qazanmaq üçün sözügedən cütlük ona o vaxta qədər heç bir zaman görünməmiş Abşeronda Xəzər dənizində hasil edilən neftin 80 faizinin keçmiş "dənizlər hökmdarı"na yalnız 20 faizinin "qara qızıl"ın sahibi hasilatçısı olan Azərbaycana verilməsi kimi olduqca əlverişsiz şərtləri təkidlə təqdim etmişlər.

Bir qədər irəliyə gedərək qeyd etmək lazımdır ki, Azərbaycanın milli sərvətlərinin hasilatından əldə olunan mənfəət nisbətini tam əksinə öz titanik səyləri nəticəsində yalnız Heydər Əliyev kökündən dəyişdirə bildi. 20 sentyabr 1994- il tarixində Bakıda "Əsrin müqaviləsi" imzalandı.

Beləliklə, AXC-Müsavat cütlüyünün Qərbin oliqarx dairələrinin xeyrinə öz xalqını köləliyə məhkum etmək səyləri Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin polad iradəsi ilə dəf edildi.

Təkcə səriştəsiz qüvvələrin deyil, həm xarici strateji xidmətlərin açıq-aşkar müdaxiləsi ilə idarə edilən Azərbaycan ordusunun zəifliyi hərbi əməliyyatların effektiv şəkildə həyata keçirilməsinin qeyri-mümkünlüyü ictimaiyyəti mənəvi-psixoloji sarsıntıya salmışdı.

Surət Hüseynovun, Əbülfəz Elçibəyin, İsa Qəmbərin, Pənah Hüseynovun dəstəsi ilə hərbi qarşıdurma 1993- ilin iyun ayının əvvəlində ölkənin vətəndaş müharibəsi vəziyyətinə gətirilməsi xalqın səbir kasasını daşdıran son damla oldu.

Bütün bunlar ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin aprelində təltif olunmuş hərbçilərlə görüşdə aydın şəkildə gözəl ifadə olunub: "Məhz o vaxt faktiki olaraq hakimiyyətə gələn bunu rəsmiləşdirməyə çalışan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa Laçın işğal altına düşdü. Çünki hakimiyyətə gəlmək onlar üçün hər şeydən önəmli idi... Hakimiyyət faktiki olaraq Xalq Cəbhəsi-Müsavat ittifaqının əlində idi. Şuşanı Laçını ermənilərə təslim etdikdən sonra Bakıda hakimiyyəti devirməyə çalışdılar buna müvəffəq oldular. Bundan bir ay sonra parlament binasını ələ keçirərək hərbi çevriliş etdilər qanunsuz yolla hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Bundan sonra oldu? Bundan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşdü. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşdü. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Buna dair videomateriallar, kadrlar var. Bu xəyanəti özləri etiraf etmişdilər. Ordunu gücləndirmək dəstəkləmək əvəzinə, yalnız öz hakimiyyətlərini gücləndirdilər".

Avantürizm, oxlokratik alyans liderlərinin siyasəti öz böyük lideri Heydər Əliyevi köməyə çağıran Azərbaycan xalqının güclü qəzəb hiddətinə tuş gəldi. Heydər Əliyevin müdrikliyi, dərin zəkası, respublika ümumittifaq hakimiyyət orqanlarında rəhbər vəzifələrdə çoxillik siyasi təcrübəsi, Azərbaycana onun xalqına olan ölçüyəgəlməz sevgisi, təmkini fəlsəfəsi AXC-Müsavat cütlüyünün dağıdıcı, xəyanətkar fəaliyyətinin aradan qaldırılmasına kömək etdi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı inkişafın təməlini qoydu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik bərqərar oldu.

Heydər Əliyevin prezidentliyinin ilk illərində cəmiyyətdə siyasi sabitlik bərqərar edildi. 1994- ilin mayında Ermənistanın təcavüzünün qarşısının alınması həm genişmiqyaslı hərbi quruculuğa, həm respublikadaxili siyasi problemləri tənzimləməyə imkan verdi. Həqiqətən , Talış-Muğan separatizminin qarşısı alınmadan, iki dövlət çevrilişi cəhdi (1994- ilin oktyabrı 1995-ci ilin martı) yatırılmadan Azərbaycanda sosial-iqtisadi mədəni dəyişikliklərin inkişafından, respublikanın istehsal qüvvələrinin sonrakı güclənməsini, müasir mərhələdə onun dinamik inkişafını təmin edən sənaye bazasının formalaşdırılmasından bəhs etmək çətin olardı

Bununla yanaşı, Azərbaycan xalqının Ümummilli Lideri Ermənistanın təcavüzü, işğalçı tərəfindən pozulan ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın apardığı ədalətli mübarizə haqqında bütün həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fövqəladə səylər göstərmişdir. Azərbaycan Respublikasının suverenliyini ərazi bütövlüyünü təsdiq edən, işğalçı qüvvələrin ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993- ildə qəbul etdiyi 29 iyul tarixli 853 saylı, 14 oktyabr tarixli 874 saylı 12 noyabr tarixli 884 saylı qətnamələri bu tədbirlərin real nəticəsi oldu.

Eyni zamanda, 12 dekabr 1994- ildə İslam Konfransı Təşkilatının VII Zirvə görüşündə Ermənistanı təcavüzkar kimi qiymətləndirən Azərbaycana təxirəsalınmaz humanitar maliyyə yardımı göstərməyə çağıran qətnamənin qəbul edilməsi, habelə 1996- ilin dekabrında Cakartada İƏT-in Xarici İşlər Nazirlərinin 24- konfransında 1997-ci ilin dekabrında Tehranda İƏT ölkələrinin dövlət hökumət başçılarının VIII Zirvə görüşündə "Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında" qətnamənin qəbul edilməsi Heydər Əliyevin bu istiqamətdə yorulmaz fəaliyyətinin bəhrəsi idi.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 may 2023- il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Şuşada Azərbaycan xalqına ünvanladığı müraciətdə aydın şəkildə öz əksini tapmışdır. "Heydər Əliyevə göstərilən etimad Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi... Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir... biz onun davamçıları olaraq onun yolu ilə gedirik. 2003- ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı mən sözümdə durmuşam duracağam. 2003- ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız yalnız inkişaf edəcək".

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı dərin minnətdarlıq hissilə geniş qeyd olunur. Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu Öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.

Müasir dövrdə Azərbaycan xalqının rifahı, dövlətçiliyinin hərtərəfli çiçəklənməsi, sözün əsl mənasında, onun müasir tarixinin ən böhranlı günlərində köməyinə gələn Ümummilli Lideri Heydər Əliyevin mübarizliyi ilə formalaşmışdır! Görkəmli rus yazıçısı Aleksey Tolstoyun sərrast ifadəsinə görə  "qəhrəmanlıq, insanda cəmlənən ən yaxşı xüsusiyyətlərin canlı təcəssümüdür burada ən yaxşı şey öz ölkəsinin xalqının qüdrəti, rifahı xoşbəxtliyi uğrunda aparılan mübarizədir!".

Lətifə MƏMMƏDOVA,

tarix elmləri üzrə fəlsəfə doktoru,

dosent, Fəxri mədəniyyət işçisi,

Yasamal Rayon MKS-nin direktoru.