Nizami Gəncəvinin böyük Azərbaycan şairi olduğunu dünya elmi ictimaiyyəti qəbul edir
Mədəniyyət

Nizami Gəncəvinin böyük Azərbaycan şairi olduğunu dünya elmi ictimaiyyəti qəbul edir

XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi böyük Azərbaycan şairi mütəfəkkiridir.

Sovet İttifaqı dövründə Azərbaycan Sovet Respublikası mövcud rejimin tələblərinə uyğun olaraq Nizami Gəncəvi kimi qüdrətli Azərbaycan şairini əsasən SSRİ hüdudları daxilində tanıtmaq təbliğ etmək imkanlarına malik olmuşdur. Təəssüf ki, XX əsrin əlli-altmışıncı illərində Azərbaycanla müqayisədə Qərb ölkələrinə daha açıq olan İran rejimi fürsətdən istifadə edərək, öz məqsədlərinə uyğun şəkildə böyük Azərbaycan şairi Nizami Gəncəvini dünyaya İran şairi, hətta bəzən fars şairi kimi təqdim etmişdir.

Lakin ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan alimlərinin obyektiv reallığın ifadəsi olaraq, qədim arxiv sənədləri əlyazmaları əsasında Nizami Gəncəvinin azərbaycanlı soykökünə malik olması haqqında apardıqları tədqiqatlar Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi beynəlxalq dillərdə: ingilis, rus, alman, fransız, ərəb dillərində, hətta fars dili vasitəsilə dəfələrlə dünya ictimaiyyətinə çatdırılmışdır. Çoxəsrlik Azərbaycan tarixinə "Nizami Gəncəvi İli" kimi daxil olmuş 2021-ci ildə təkcə Milli Elmlər Akademiyası əməkdaşlarının görkəmli Azərbaycan şairi mütəfəkkiri haqqındakı məqalələri kitabları beynəlxalq miqyasda 14 dildə planetimizin bütün qitələrində yayılmışdır. Artıq dünya ictimaiyyəti Nizami Gəncəvinin milli kimliyi haqqında İranın əsassız uydurma bəyanatlarına yox, Azərbaycan alimlərinin tədqiqatlarına daha çox maraq göstərir.

Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında ən mötəbər mənbələrdən biri dahi şairin özünün qələmindən çıxmış "Xəmsə" poemalar xəzinəsidir. Dövrün ədəbi ənənəsinə uyğun olaraq fars dilində yazılmış "Xəmsə" poemalar dəstinə daxil olan əsərlərin hər birində Nizami Gəncəvi özünün türk kimliyi ilə iftixar etdiyini açıq-aşkar bəyan etmiş, əsərlərində dəfələrlə Azərbaycan atalar sözləri məsəllərindən, frazeoloji birləşmələrdən, xalqımıza məxsus olan sözlərdən istifadə etmişdir. Nizami Gəncəvinin poemalarında XII əsrdə baş vermiş Gəncə zəlzələsindən Kəpəz dağından söz açılmış, ata-baba yurdu olan oğuzların qədim məskənlərindən biri kimi tanınan Gəncə şəhəri ilhamla tərənnüm edilmişdir. Məlum olduğu kimi, Gəncə şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı kimi tarixə düşmüşdür. Nizami Gəncəvinin atası Yusif babası Zəki Müəyyəddin azərbaycanlı idi. Nizami Gəncəvinin atası anasının məzarları da şairin Gəncə şəhərindəki məqbərəsinin yerləşdiyi qəbiristanlıqdadır. Şeyx Nizami Gəncəvi adı ilə böyük şöhrət qazanmış Nizami Gəncəvinin mənsub olduğu nəslin davamçıları sonrakı əsrlərdə Gəncə şəhərində yaşamışlar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətində Milli təhlükəsizlik naziri vəzifəsində çalışmış Nağı bəy Şeyxzamanlı da mənşə etibarilə Şeyx Nizami Gəncəvinin mənsub olduğu nəslin nümayəndəsidir. Hazırda dünyanın müxtəlif ölkələrində Şeyxzamanov, Şeyxzamanlı soyadı ilə yaşamaqda davam edən, Nizami Gəncəvi ilə eyni şəcərədən olan azərbaycanlı sülalələr vardır.

Bütün bunlara görə İran rejiminin rəsmi nümayəndələrinin bəzi elm adamlarının Nizami Gəncəvinin İran şairi olduğu iddialarının heç bir elmi əsası yoxdur. Əksinə, İran alimlərinin özləri dəfələrlə bəyan etmişlər ki, Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərindən türk iyi gəlir. Bundan başqa, Cənubi Azərbaycandan olan bir çox alim şairlər Nizami Gəncəvidən böyük Azərbaycan şairi mütəfəkkiri kimi söz açmışlar. Ona görə , İran alimlərinin Nizami Gəncəvidən İran şairi kimi bəhs etmələri həmin ölkənin rejiminin təsiri ilə irəli sürülən qeyri-elmi, yanlış mülahizələrdir.

Son aylarda İran İslam Respublikasında düşünülmüş şəkildə yenidən Nizami Gəncəvinin İran şairi kimi qələmə verilməsi obyektiv elmi reallıqdan çox uzaq olub, müstəqil ölkəmizə qarşı yönəldilmiş növbəti haqsız təhdidlərdən biridir. İran rejimi Nizami Gəncəvini İran şairi kimi qələmə verməklə nəinki dünya ictimaiyyəti, hətta öz xalqı qarşısında da özünü çətin vəziyyətə salmış olur. Çünki İran İslam Respublikasının müxtəlif millətlərdən olan sadə vətəndaşları da Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu Gəncə şəhərinin Azərbaycanda yerləşdiyini çox yaxşı bilirlər.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti, akademik.