Nəsimi rayonunda yerləşən restoranda baş verən yanğın söndürülüb
Digər xəbərlər

Nəsimi rayonunda yerləşən restoranda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi Bakının Nəsimi rayonunda yerləşən restoranda baş verən güclü yanğınla bağlı məlumat yayıb.

FHN-dən bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.