İdman

"Neftçi" - "Zenit" oyununun vaxtı və yeri dəqiqləşib

Bakıda "Neftçi" ilə Rusiyanın "Zenit" komandası arasında keçiriləcək yoldaşlıq oyununun tarixi və yeri bəlli olub.

"Respublika" paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq.

Matçın başlama saatının isə hələ dəqiqləşmədiyi bildirilib.

Qeyd edək ki, "Neftçi" bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Matç TV" turnirində "Zenit"lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.