Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirilib
Siyasət

Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirilib

Mayın 25- Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə "Qəzalı yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə əsaslı təmirinə dair" Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantın təqdim edilməsinə dair tapşırıqlar verilib.