Nazir   Göygöldə  vətəndaşları  qəbul  edib
Digər xəbərlər

Nazir  Göygöldə  vətəndaşları  qəbul  edib

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Göygöl, Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə nazir Məcnun Məmmədov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra nazir Göygöl DAİM-in inzibati binasında yaradılan şəraitlə tanış olub, bölgədə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbul vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nəriman CAVADOV,

“Respublika”.