Reklam və elanlar

"Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin mühasibat balansı

"Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin rəhbərliyinə və Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə Müstəqil Auditorun Hesabatı Rəy

Biz, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin 31 dekabr 2022-ci il tarixinə təqdim edilən ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizcə, hazırkı ilkin maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Milli Standartlarına ("MHMS") uyğun olaraq düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "İlkin maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

İzahedici paraqraf

Rəyimizdə şərt bildirmədən biz diqqəti MHBS-ə uyğun yekun maliyyə hesabatlarına çevrilənə qədər ilkin maliyyə hesabatlarında düzəlişlərin aparıla bilməsinin səbəblərini izah edən ilkin maliyyə hesabatlarına dair 3-cü Qeydə cəlb edirik. Bundan əlavə, diqqətinizi bu fakta cəlb edirik ki, MHBS-ə uyğun olaraq, yalnız müqayisəli maliyyə məlumatı və izahlı qeydlər daxil olmaqla ilkin maliyyə hesabatlarının tam toplusu Cəmiyyətin maliyyə vəziyyətinin, əməliyyatlarının nəticələrinin və pul vəsaitlərinin hərəkətinin MHBS əsasında düzgün əks etdirilməsini təmin edə bilər.

İlkin maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı ilkin maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan ilkin maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

İlkin maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Cəmiyyəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi, yaxud bundan başqa hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Cəmiyyətin idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin ilkin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

İlkin maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq ilkin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə ilkin maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

lSaxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq ilkin maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sistemində sui-istifadə hallarını nəzərdə tutur.

lCəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.

lTətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsaslı olduğunu qiymətləndiririk.

lFəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada biləcək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti ilkin maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.

lİlkin maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və ilkin maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sistemindəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

"M ənd J Konsaltinq" MMC

direktor Cəfərov Elçin Əhməd oğlu.

Bakı, Azərbaycan Respublikası

18 aprel 2023-cü il.