Müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri “YAŞAT
Sosial həyat

Müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri “YAŞAT" Fondu tərəfindən qarşılanıb

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müharibə əlili Taleh Camalovun əməliyyat xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Qazimiz bundan öncə də Türkiyədə müalicə alıb və məişət şəraiti yaxşılaşdırılıb.

Görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.