Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib
Digər xəbərlər

Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib

İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023- ilin birinci yarımilinin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda nazir müavinləri, baş idarə, idarə xidmət rəisləri, həmçinin hərbi birlik birləşmə komandirləri iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsinin ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisi olması barədə fikirlərini xüsusi vurğulayıb. Bildirilib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.

İclasda 2023- ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidməti-döyüş fəaliyyəti təhlil edilib, Azərbaycan Ordusunun imkan qabiliyyətlərinin artırılması, əməliyyat döyüş hazırlığı, mühəndis tədbirləri, kəşfiyyat fəaliyyəti, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, habelə hərbi hissələrdə aparılan tikinti-quruculuq işləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması digər sahələrdə görülən tədbirlər barədə geniş məruzələr dinlənilib.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

General-polkovnik Zakir Həsənov Ermənistan silahlı qüvvələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi istənilən təxribatın qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Yekun nitqi ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023- ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı təhlükəsizliyinin qorunması, peşəkarlıq döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb.

Kollegiya iclasının sonunda müdafiə nazirinin təltif əmrləri elan edilib.