MÜASİR VƏ QÜDRƏTLİ AZƏRBAYCAN HEYDƏR ƏLİYEV AMALLARININ TƏNTƏNƏSİDİR
Siyasət

MÜASİR VƏ QÜDRƏTLİ AZƏRBAYCAN HEYDƏR ƏLİYEV AMALLARININ TƏNTƏNƏSİDİR

"Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

zərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin bənzərsiz dövlət xadimi, dünyaşöhrətli siyasətçi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı müasir müstəqil Azərbaycanın simvoluna, milli mənafelərə söykənən örnək əməlləri hünər rəmzinə çevrilmiş, həyat fəaliyyəti doğma xalqa torpağa hədsiz məhəbbət sədaqət meyarı olmuşdur.

Dahi rəhbərin "Azərbaycan dünyaya Günəş kimi doğacaq!" müdrik kəlamının özünün nüvəsində məhz 100 il bundan əvvəl Xaliqin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev dühasının, xarizmatik şəxsiyyət sadə bir insan timsalında əvəzsiz nemətinin, nicat qurtuluş hikmətinin dayandığı illər ötdükcə daha aydın vüqarlı görünür.

Bir əsrə bərabər ibrətamiz lider ömrünü dərindən incələdikcə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi proseslərə yenidən nəzər salınması, onların nəticələrinin dövlətçilik azərbaycançılıq məfkurəsi üçün tarixi əhəmiyyəti rolunun gələcək nəsil tərəfindən öyrənilməsinin vacibliyi daha da artır. Azərbaycan naminə müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, çoxşaxəli irsi tükənməz örnək məktəbidir. Ötən onilliklərə nəzər salarkən Azərbaycanın ulu öndərin fəhmi, əyilməz qətiyyəti, polad iradəsi zəngin dövlətçilik təcrübəsi sayəsində qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, dövlət müstəqilliyi məhz onun sayəsində əbədi dönməz xarakter almışdır.

Siyasi-hərbi, sosial-iqtisadi nailiyyətləri ilə bu gün dünyanın diqqət mərkəzində olan müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində yaddaşında əbədi yer tutur. Onunla bir dövrdə yaşadığım şəxsən görüşdüyüm, etimadını qazanaraq məsul vəzifələrə irəli çəkildiyim, müdrik rəhbərliyi ilə çalışdığım üçün hədsiz qürur hissi keçirir, ruhu qarşısında dərin ehtiramla baş əyirəm!

Uzun illər imperiya idarəçiliyinin siyasi ideoloji təzyiqinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı dilini dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş müttəfiq respublika olaraq dövlətçiliyini saxlamışdır. Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan böyük quruculuq yaradıcılıq mərhələsinə, həyatın bütün sahələrində sürətli inkişaf tərəqqi yoluna qədəm qoymuşdur. İlk olaraq milli kadr korpusunun yaradılması mühüm vəzifələrə yerləşdirilməsi, dövlət idarəçiliyi təsisatlarının möhkəmləndirilməsi, elm, təhsil, sənaye, səhiyyə, mədəniyyət digər sahələrin inkişafı ilə əlaqədar həyati vacib qərarlar verilmiş əməli tədbirlər görülmüşdür. Minlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının aparıcı dövlət idarəetmə məktəblərinə, elm təhsil ocaqlarına göndərilmiş qabaqcıl sənaye istehsalı sahələri ilə bağlı ixtisaslara yiyələnmişdir. Bu dövrdə milli gəlir, sənaye kənd təsərrüfatında ümumi məhsulun həcmi dəfələrlə artmış, iqtisadiyyatın inkişaf etdirilməsinə əvvəlki onilliklərdə olduğundan daha çox əsaslı vəsait qoyulmuş, yüzlərlə iri zavod fabrik tikilib işə salınmışdır.

Qeyd olunan misilsiz işlər Azərbaycanın müstəqilliyinin bərpası, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısının alınmasında mühüm rol oynamış müdafiə sənayesinin təməlinin qoyulması inkişaf etdirilməsini əhatə etmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında sadalamaqla bitməyən misilsiz xidmətlərini diqqətə çatdıranda ilk olaraq 1969-1982-ci illərə, dahi rəhbərin keçmiş sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.

1969-cu ildə Heydər Əliyev Azərbaycanın rəhbəri seçildikdən sonra respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, hərbi təhsil müdafiə sənayesi sahəsində böyük işlər görülmüş, bütün maneələrə baxmayaraq, bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əsasını təşkil edən ölkənin müxtəlif şəhərlərində yerləşən genişprofilli müəssisələrin yaradılmasına nail olunmuşdur. Birmənalı olaraq o illərdə görülən işlərdə, həyata keçirilən genişmiqyaslı layihələrdə ümummilli lider Azərbaycanın gələcəyini, indiki müstəqilliyini düşünmüşdür.

Həmin dövrdə məhz ulu öndərin şəxsi təşəbbüsü səyi ilə SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun bazasında "Azon" zavodu, 1975-ci ildə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bütövlükdə, 1970-1982-ci illərdə respublika ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan digər şəhərlərdə müdafiə təyinatlı elmi istehsal müəssisələri daxil olmaqla çoxlu sayda zavod sənaye sahələri istifadəyə verilmişdir. Təsadüfi deyil ki, o dövrdə Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Azərbaycanda demoqrafik artımı mövcud elmi potensialı nəzərə alan ulu öndər Heydər Əliyev SSRİ-nin ağır maşınqayırma hərbi sənaye kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov. İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. Onun təklifləri gərgin əməyi nəticəsində Azərbaycanda radiotexnika cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin - Radio Maşınqayırma zavodunun ("Robot" zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının Elektron Hesablama Maşınları zavodunun ikinci növbəsinin inşası, elektron sənayesi üzrə dörd - Gəncədə "Billur", Xaçmazda, Siyəzəndə Lənkəranda "Kondensator" zavodlarının, müdafiə sənayesi üzrə Azon Optika-Mexanika ("Alov") zavodunun filialının, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexanika İnstitutunda yeni istehsal sahələrinin, sonradan isə onun bazasında "Nord" Elmi-İstehsalat Birliyinin (EİB) yaradılması, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi sairə məhz ümummilli lider tərəfindən görülən ölçüyəgəlməz fəaliyyətin bariz nümunələridir.

Heydər Əliyev neftlə zəngin respublikamızda neft maşınqayırması üzrə müəssisələrin yaradılmasının zəruri olduğunu qabaqcadan görərək, müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla yeni maşınqayırma müəssisələrinin tikilməsi genişləndirilməsi barədə əvəzsiz təkliflərini vermişdir. Həmin dövrdə şəxsi nüfuzundan istifadə edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda hərbi sənaye kompleksinin ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək "Ulduz" EİB, Əli Bayramlı "Araz" zavodu (indiki Şirvan "Araz"), "Rabitə" Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə zavodların tikilib işə başlamasına nail olmuşdur.

Elmin inkişafına daim xüsusi diqqət ayıran dahi rəhbərin səyləri ilə 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində "KASPİ" Elmi Mərkəzinin yaradılması haqqında qərar verilmişdir. 1978-ci ildə həmin Mərkəzin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmış, 1982-ci ildə isə onun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi təşkil edilmişdir.

Lakin 1980-ci illərin ikinci yarısında keçmiş SSRİ- yaranmış siyasi sosial-iqtisadi vəziyyət, mərkəzi hakimiyyətin Heydər Əliyevə Azərbaycana münasibətdə yol verdiyi tarixi ədalətsizlik genişlənməkdə olan inkişaf quruculuq işlərinə demək olar ki, son qoydu.

1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ağır çətin sınaqlarla üzləşdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, soydaşlarımızın öz tarixi dədə-baba torpaqlarından məcburən qovulması qaçqın düşməsi, Qarabağ probleminin həlli ilə bağlı ovaxtkı respublika rəhbərliyinin yol verdiyi bağışlanılmaz səhvlər ölkədə ictimai-siyasi vəziyyətin getdikcə daha da ağırlaşmasına səbəb oldu. Bir tərəfdən erməni hərbi təcavüzü artır, rayon kəndlərimiz işğal edilir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda siyasi çəkişmələr güclənir nəticədə xalqımız ağır itkilər verirdi. Azərbaycanın belə qorxulu siyasi durumunda müxtəlif bölgələrdə yaranan silahlı qruplaşmalar tərəfindən ölkəni parçalamaq, mərkəzi hakimiyyəti ələ keçirmək cəhdləri edilir qiyamlar törədilirdi. Artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Ayrı-ayrı şəxslərə, siyasi qruplara mənsub qanunsuz silahlı dəstələr cinayətkar elementlər demək olar ki, bütün ölkə ərazisində tüğyan edirdi. Bütün bunların qarşısını almağa qadir olmayan ovaxtkı iqtidarın naşılığı səriştəsizliyi ucbatından 1993- ilin iyununda baş vermiş Gəncə hadisələri ölkənin parçalanmasına yol açdı, xalq dövlət müstəqilliyinin itirilməsi ilə üz-üzə qaldı. Yaranmış fürsətdən istifadə edən Ermənistan isə Azərbaycan torpaqlarının işğalını günbəgün genişləndirirdi.

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın müasir müdafiə sənayesi infrastrukturunun yaradılmasına inkişafına xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.

 

Həmin dövrdə əsrlər boyu Azərbaycanı parçalamaq arzusunda olan xarici daxili pozucu qüvvələrin fəaliyyəti geniş vüsət almış, respublikada qarşıdurma yaratmaqla ölkədə yaşayan müxtəlif xalqları üz-üzə qoymaq istəyirdilər. Ona görə Azərbaycanın tanınmış ziyalıları, xalqını düşünən vətənpərvərləri ulu öndər Heydər Əliyevə aramsız müraciətlər edir, onu təkidlə siyasi hakimiyyətə dəvət edirdilər. Əslində, xalq bu tələbi hələ 1988-ci il mitinqlərindən başlayaraq, mütəmadi şəkildə qaldırırdı. Yüz minlərlə adam dövlət üçün belə böhranlı məqamda Heydər Əliyev dühasından, idarəetmə təcrübəsindən, qətiyyətindən uzaqgörənliyindən istifadə olunmasını, onun yenidən siyasi hakimiyyətə qayıtmasına imkan verilməsini tələb edirdi.

Ulu öndər həmin illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı onun siyasi nüfuzu, iradəsi əvəzsiz səyləri sayəsində Ermənistanın Azərbaycanın bu mətanətlik sarsılmazlıq simvoluna çevrilmiş diyarına silahlı təcavüzünün qarşısı hər dəfə qətiyyətlə alınmış, sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır.

1993- ilin may-iyun aylarında respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi nəticədə ulu öndər 1993- il iyunun 15- Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş Günü kimi daxil oldu Heydər Əliyevin başçılıq etdiyi milli hürriyyət istiqlaliyyət mübarizəsi Zəfər çaldı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Milli Məclisin qərarı ilə 1993- ilin iyun ayının 24-dən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993- il oktyabrın 3- ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, müdafiə təhlükəsizlik sahələrində, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində ciddi dönüş yarandı, müasir, dünyəvi, demokratik hüquqi dövlətçilik prinsiplərinə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994- il oktyabr 1995-ci il mart dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu ölkədə dayanıqlı ictimai-siyasi sabitlik bərqərar edildi.

Daxili sabitlik təmin olunduqdan sonra Heydər Əliyev ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi layihələrin işlənib hazırlanması həyata keçirilməsi sahəsində gərgin fəaliyyətə başladı. 1994- ilin sentyabrında Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə respublikanın tərəqqi inkişaf yolunda böyük iqtisadi sipər rolunu almış "Əsrin müqaviləsi" neft kontraktı bağlandı. Nəticədə bu müqavilə Azərbaycanın gələcəkdə beynəlxalq enerji təhlükəsizliyinin təminatında mühüm rola malik regional aktora çevrilməsinə imkan verən yeni-yeni sazişlərin imzalanmasına daha möhtəşəm layihələrin gerçəkləşməsinə şərait yaratdı. Artıq günümüzdə bütün sadalananlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü investisiya kapitalı olmaqla yanaşı, mühüm siyasi iqtisadi məna kəsb etmiş Azərbaycanın beynəlxalq aləmdə rolunu mövqeyini gücləndirən amillərdən birinə çevrilmişdir.

1994- ildən etibarən Azərbaycanın gələcək inkişaf strategiyasını istiqamətləndirən ümummilli lider Heydər Əliyev zamanında düzgün qətiyyətli qərarlar qəbul edərək ölkənin bərpa uzunmüddətli dinamik inkişaf dövrünə start vermiş oldu. Nəticədə, ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan sərmayələrin həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Ulu öndərin əzmkarlığı qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin çəkilməsinə dair sazişin imzalanması mümkün oldu xalqımız qarşısında dayanan taleyüklü Qarabağ məsələsinin həllinin təməl sütunlarından biri qoyulmuş oldu. Neft ixracından daxil olan maliyyə resursları düşünülmüş strategiyaya uyğun, digər sahələrlə yanaşı, müdafiə təhlükəsizlik sahələrinə yönəldildi, Azərbaycan Ordusunun maddi-texniki bazasının ilbəil yaxşılaşdırılmasına şərait yaratdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın müasir müdafiə sənayesi infrastrukturunun yaradılmasına inkişafına xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı. Hələ 1993- il sentyabrın 30-da Ali Sovetin sədri olduğu zaman xarici sərmayəçiləri cəlb etməklə Bakıda çoxlaylı çap lövhələri istehsal edən müdafiə sənayesi təyinatlı "Peyk" zavodunun açılışında ulu öndərin şəxsən özünün iştirak etməsi qeyd olunanların bariz nümunələrindəndir.

2003- ildə ordunun hərbi-texniki bazasını gücləndirmək bu sahədə kənar asılılığı azaltmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı.

Hər zaman Azərbaycanı, xalqını düşünən ulu öndər bütün ömrünü, sağlamlığını əməyini sərf edərək respublikanın inkişafı vətəndaşların rifahı uğrunda gecə-gündüz çalışırdı. Onun misilsiz xidmətləri nəticəsində dövlət müstəqilliyi qorunmuş, əbədi daimi olmuş, eləcə ölkənin gələcək inkişafının bütün strateji hədəfləri müəyyən edilərək Azərbaycanın sonrakı illərdə davamlı yüksəlişi qüdrətlənməsinin təməli qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev 2003- ilin prezident seçkilərinin həlledici dövründə xalqa müraciətlə bildirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

2003- il oktyabrın 15- ulu öndərin siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyev xalqın mütləq etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi bununla da ölkəmiz öz inkişafında yeniləşmə müasirləşmə mərhələsinə qədəm qoydu.

Getdikcə genişlənən iqtisadi imkanlardan yararlanaraq ümummilli liderin təhlükəsizlik siyasəti ordu quruculuğu ilə bağlı başladığı işləri möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam etdirdi. Qeyd edilən taleyüklü vəzifələrin yerinə yetirilməsi, əlavə olaraq ölkə iqtisadiyyatının şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının təmin olunması, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi Silahlı Qüvvələrin maddi-texniki təminatında idxaldan asılılığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı.

Müdafiə sənayesinin yerli imkanlarının inkişaf etdirilməsi məqsədilə mövcud müəssisələrin fəaliyyətinin ilkin bərpa proqramları hazırlandı, prioritet sahələr müəyyən edildi, Azərbaycan Ordusu başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara maşınqayırma sənayesi məhsullarına olan tələbatı dəqiqləşdirildi, zəruri hesab edilən xarici iqtisadi əlaqələrin bərpası genişləndirilməsi üçün müvafiq işlər aparıldı. Sonrakı illərdə möhtərəm Prezidentin bilavasitə rəhbərliyi ilə hazırlanan qəbul edilən strateji planlar əsasında Silahlı Qüvvələrin qarşısında duran vəzifələrə uyğun imkan qabiliyyətinin inkişaf etdirilməsinə, əməliyyatların yeni üsul formalarla aparılması üçün zəruri silah, hərbi xüsusi texnika növlərinin alınması onların yerli istehsalının təmin edilməsinə başlandı.

Ötən dövrdə müxtəlif ölkələrin aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində alınmış müasir texnologiya avadanlıqlarla təchiz olunan 50-dən çox yeni istehsal sahələri yaradıldı, atıcı silahlar onların patronlarının, tapança, avtomat, pulemyot toplar üçün müxtəlifkalibrli lülələrin, zirehli döyüş maşınları, tank artilleriya topları üçün müxtəlif atəş yığımlarının istehsalı, qumbaraatanların minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların lisenziya istehsal texnologiyalarının alınması ilə istehsalı mənimsənildi. İqtisadi imkanlar artdıqca güc strukturlarının müasir standartlara cavab verən özündə yeni texnologiyalar cəmləşdirən silah sistemləri ilə təchiz edilməsilə yanaşı, XXI əsrdə müharibələrin müqəddəratını həll edən kəşfiyyat zərbə pilotsuz uçuş aparatlarının yerli istehsalı da uğurla davam etdirildi. Azərbaycan Ordusu başqa silahlı birləşmələrin müdafiə təyinatlı məmulatlara olan tələbatı ödənilməklə yanaşı, istehsal olunan məhsulların bir sıra ölkələrə ixrac edilməsi təmin edildi. Görülən işlərə ali qiymət isə möhtərəm Prezident cənab İlham Əliyevin özü tərəfindən verilmişdir. Ölkə rəhbəri çıxışlarının birində demişdir: "Mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar".

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi diplomatik strategiyası nəhayət öz töhfəsini verdi 2020-ci il sentyabrın 27- əks-hücumla başlayan Vətən müharibəsi 44 gündən sonra 8 noyabrda otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi tarixi Zəfərlə başa çatdı. Vətən müharibəsində torpaqlarımızın müdafiəsi azadlığı uğrunda Silahlı Qüvvələrin silah, hərbi xüsusi texnika ilə təmin edilməsi naminə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri gücləndirilmiş rejimində işləmiş, 72 işçimiz döyüşlərdə iştirak etmiş, 3 əməkdaşımız şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın heyrətamiz uğurları bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə Azərbaycan xalqının iradəsinə söykənən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizi daha da inkişaf etdirərək ümummilli liderin dövlətçiliklə bağlı arzu istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur.

Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son onilliklərdə əldə edilmiş siyasi, iqtisadi diplomatik nailiyyətlər, ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirmiş, regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. İndi dövlətimizin başçısı cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət qayğısı nəticəsində heyrətamiz yaradıcılıqla işğaldan azad olunmuş ərazilərdə müqayisə olunmaz tikinti-quruculuq işlərinin vüsət alması, yeni müasir yaşayış məntəqələrinin salınması infrastrukturun yaradılması, ən əsası bu torpaqlara qayıtmaq ümidilə yaşayan vətəndaşlarımızın otuz illik həsrətinə son qoyulması məqsədilə göstərilən əvəzsiz xidmətlər qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir təqdir olunur.

Bu günlərdə xalqımız bütün dünya Heydər Əliyevin işıqlı amallarının növbəti Zəfərinə hədsiz sevinc fəxarətlə şahidlik etdi. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi qətiyyətli sərkərdəliyi sayəsində Vətən müharibəsində Azərbaycanın şanlı hərb salnaməsinə qızıl hərflərlə həkk olunmuş möhtəşəm Qələbənin parlaq nəticələrindən daha biri - Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu tarixi hadisənin məhz xalqımız bütün tərəqqipərvər dünya tərəfindən böyük coşqu rəğbətlə qeyd etdiyi müstəqil müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində gerçəkləşməsi çox qürurvericidir möhtərəm Prezidentin Ata vəsiyyətinin yerinə yetirilməsi ulu öndərin qüdrətli Azərbaycan ideyası azərbaycançılıq məfkurəsi naminə həyata keçirdiyi misilsiz xidmətlərin növbəti parlaq təntənəsidir.

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın öz suveren ərazilərində su, hava quru sərhədlərinə tam nəzarəti həyata keçirməsi uğrunda möhtərəm Prezidentin apardığı məqsədyönlü, qətiyyətli soyuqqanlı xarici hərbi siyasətin yeni möhtəşəm uğuruna şahid olmaq böyük şərəfdir!

Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur minnətdarlıqla anır. Müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir!

Mədət QULİYEV,

Müdafiə sənayesi naziri,

Azərbaycanın Milli Qəhrəmanı.