MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik
Siyasət

MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə "Respublika"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.