Moldova MDB çərçivəsində daha iki sazişdən çıxacaq
Dünya xəbərləri

Moldova MDB çərçivəsində daha iki sazişdən çıxacaq

Moldova hökuməti bu gün keçirilən iclasında MDB çərçivəsində imzalanan daha iki sazişdən imtina barədə qərar qəbul edib.

Bu barədə Moldova Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Moldova hökuməti 2000-ci ildə imzalanan azad ticarət zonasında texniki baryerlər üzrə sazişdən imtina etmək istəyir. Bundan başqa, MDB-yə üzv ölkələr arasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa yönələn əsas sazişə də xitam verilməsi nəzərdə tutulur.

Artıq may ayında Moldova MDB çərçivəsində iki sazişdən - təşkilata üzv ölkələrin xarici sərhədlərinin müdafiəsi sahəsində məlumat mübadiləsi, həmçinin məhsul tədarükü üzrə ümumi şərtlər barədə sazişlərdən çıxıb. Parlamentin sədri İqor Qrosu bir müddət əvvəl elan edib ki, Moldova MDB-nin parlamentlərarası assambleyası barədə sazişdən də çıxmağa hazırlaşır.