Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq
Dünya xəbərləri

Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

"Respublika" “Sputnik Moldova”ya istinadən xəbər verir ki, bunu Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doyna Qerman deyib.

“Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, - o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.