Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Ulu Öndərin xatirəsini anıblar
Siyasət

Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Ulu Öndərin xatirəsini anıblar

Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.

Qeyd edək ki, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında 12 ölkənin parlament sədrləri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının ölkəmizdəki diplomatik korpusun təmsilçiləri iştirak edirlər.