Milli Məclisin növbəti iclası
Siyasət

Milli Məclisin növbəti iclası

Mayın 2- Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Əvvəlcə Sahibə Qafarova parlament nümayəndə heyətinin aprelin 27-28- Türkiyəyə işgüzar səfəri barədə məlumat verib.

İclasda cari məsələlərlə bağlı müzakirələrdə çıxış edən deputatlar Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə işgüzar səfərini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbulda keçirilən "TEKNOFEST" festivalında iştirakını yüksək qiymətləndiriblər. Onlar Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmləndiyini, ölkələrimizin etibarlı tərəfdaş olduğunu vurğulayıblar.

Sonra Sahibə Qafarova bildirib ki, iclasda 17 məsələ müzakirə olunacaq gündəliyin birinci məsələsi İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlıdır.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məsələ barədə məlumat verib.

Sonra təqdim olunan namizədlərlə (üç təş

kilatın hərəsindən 2 nəfər olmaqla 6 nəfər) bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Həsən Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasından Teymur Kərimli, Azərbaycan Mətbuat Şurasından Azər Həsrət İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu deyib.

Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Sonra millət vəkili Nurlan Həsənov "Notariat haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Deputat Nurlan Həsənov Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, "Notariat haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Polis haqqında", "Baytarlıq haqqında" "Atçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

S. Qafarova gündəlikdəki növbəti 11 məsələnin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu söyləyib. O, növbəti məsələnin "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyib.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu qanun layihəsi barədə məlumat verib.

Məsələ ilə bağlı fikirlər, bəzi qeyd təkliflər səsləndirildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Şəhərsalma Tikinti Məcəlləsində, "Torpaq islahatı haqqında", "Energetika haqqında", "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi yerquruluşu haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Sonra iclasda Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin son 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu mahiyyətcə bir-birinə bağlı olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 12-ci məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 13- məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 14- məsələsi "Sosial müavinətlər haqqında" Qanunda, 15-ci məsələsi "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda, 16- məsələsi "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda, 17-ci məsələsi "Sosial xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə birinci oxunuşda olan qanun layihələridir.

Sonra Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 13- 16- məsələlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri barədə məlumat verib.

Sonra Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev 14- 17-ci məsələləri - "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

Sonra təqdim olunan son 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.