Mərkəzi Bankın kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Mərkəzi Bankın kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılmasının 30-cu ildönümü münasibətilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti fevralın 12-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Mərkəzi Bankın kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyub.

AZƏRTAC