“ASAN Məktub” uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib
Sosial həyat

“ASAN Məktub” uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramının və “Yeni klinika” tibb müəssisəsinin tərəfdaşlığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti xeyriyyə aksiyası reallaşıb. Bu barədə Təşkilatdan verilən məlumatda bildirilir.

ASAN könüllüləri və tibb müəssisəsinin əməkdaşları Şirvan regionundakı 26 aztəminatlı ailənin uşaqlarının arzularını reallaşdırıb.

Sonra “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə könüllülərin təqdimatında “Tıq-Tıq xanım” tamaşası səhnələşdirilib.

“Respublika”.