Məğlubedilməz Belarus
Siyasət

Məğlubedilməz Belarus

Böyük Vətən müharibəsi Belarus üçün ağır sınaq oldu. Ərazi repressiya, zorakılıq və milli sərvətlərin talanmasına əsaslanan qəddar rejim tətbiq edən alman-faşist qəsbkarları tərəfindən işğal edildi. Belarusun hər üç sakinindən biri öldürüldü, onlarla şəhər dağıdıldı, yüzlərlə kənd yandırıldı, iqtisadi obyektlər yerlə-yeksan edildi.

Belarus xalqı ən çətin şəraitdə ön və arxa cəbhədə işğalçılara qarşı qəhrəmancasına vuruşdu və bununla da faşist Almaniyası üzərində Böyük Qələbəyə töhfə verdi.

Belarusun azad edilməsinin 80-ci ildönümündə tanınmış tarixçi Vladimir Lixodedovun Belarus şəhərlərinin müharibədən əvvəlki mənzərələrini, həmin məhəllələrin müharibədən sonrakı bərpa edilmiş vəziyyətini və dinc Belarusun müasir görüntülərini əks etdirən "Məğlubedilməz Belarus" virtual sərgisindən nümunələr təqdim edirik.