Logistika sahəsində etibarlı tərəfdaş
Siyasət

Logistika sahəsində etibarlı tərəfdaş

Böyük İpək Yolu mühüm nəqliyyat qovşaqlarından biri kimi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin icraçısı olaraq da beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz nəinki coğrafi iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır, həmçinin Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Azərbaycanda dəniz, dəmir yolu, hava avtomobil nəqliyyatının şaxələndirilməsi istiqamətində böyük layihələr həyata keçirilir.

Bu layihələrin reallaşmasında Beynəlxalq Dəniz Ticarət Limanının da özünəməxsus rolu var. İkinci Qarabağ savaşında əldə etdiyi qələbə ölkədə nəqliyyatın inkişafı üçün daha münbit şərait yaratdı. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi Azərbaycanın gələcəkdə nəqliyyat qovşağına çevriləcəyindən xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Şimal-Cənub Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edən yeganə ölkələrdəndir.

Dünyada gedən bir sıra proseslər nəticəsində qlobal düzənin dəyişdiyi hər kəsə məlumdur. Bu dəyişikliklərin təsiri ilə yaranan yeni geosiyasi vəziyyət dövlətimizin Avrasiya üçün mühüm nəqliyyat ticarət qovşağı kimi önəmini daha da artırır. Təsadüfi deyil ki, bu gün Cənubi Qafqaz Mərkəzi Asiya geniş tranzit imkanlarına malik region kimi qiymətləndirilir.

Azərbaycan ərazisindən keçən tranzit marşrutlarına nəzər saldıqda bu üstünlükləri asanlıqla görmək mümkündür. Çünki mövcud siyasi sabitlik, bu sahədəki qanunvericilik bazası daha təhlükəsiz tranzitə şərait yaratmışdır. Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz əməkdaşlığa maraqlı tərəflərə öz nəqliyyat logistika potensialından geniş istifadə təklif edə bilər.

Tranzit imkanlarının genişləndirilməsi baxımından Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu yol Çindən Yaxın Şərqə Avropaya yüklərin daşınmasında etibarlı marşrutlardan biri hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısa olduğuna görə, səyahət müddətini yeddi-səkkiz günə qədər azaltmaq imkanına malikdir. Orta Dəhliz, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına da müsbət təsir göstərir. Dəhlizlə bağlı ən vacib məqamlardan biri onun Böyük İpək Yolunun yenidən canlandırılmasına verdiyi töhfədir. Orta Dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya tərəfindən Asiyadan Avropa İttifaqı () bazarlarına məhsulların tədarükünə bir sıra məhdudiyyətlər tətbiq edilmişdir ki, bu da Orta Dəhlizə olan marağı daha da artırmışdır. Bu yaxınlarda reallaşacaq Zəngəzur dəhlizi həm Avrasiya, həm bölgəmiz üçün əhəmiyyətli yollardandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlər görülür. Hazırda əsas istiqamət dəhlizin quru yollarının açılmasına yönəldilmişdir ki, bunlar Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yollarıdır.

Mayın 25- Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat" adlı sammit keçirilmişdir. Sammitdə İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri bir sıra beynəlxalq təşkilatların üzvləri iştirak etmişlər. Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycanın yekdil səslə 2025-2026- illər üçün tarixdə ilk dəfə olaraq BNF-in prezidenti seçilməsi dövlətimizə olan yüksək etimadın təzahürüdür. Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna prezident seçilməklə təşkilatın idarəetməsində birbaşa iştirak etmək şansı qazanmış, həmçinin beynəlxalq müstəvidəki maraqların, eləcə sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından da üstünlük əldə etmişdir. Qeyd edək ki, bundan sonra ölkəmiz 2023-2024- illər üçün vitse-prezident, 2024-2025-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".