Liviya Dövləti Prezident Şurasının Sədri  Zati-aliləri cənab Məhəmməd Yunis Əl-Mənfiyə
Məktublar

Liviya Dövləti Prezident Şurasının Sədri  Zati-aliləri cənab Məhəmməd Yunis Əl-Mənfiyə

Zati-aliləri.

Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 sentyabr 2023-cü il.