Argentinalı ulduz klubdan ayrılacağı xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
"Respublika" "En Son Haber"ə istinadən xəbər verir ki, Lionel Messi açıqlamasına qeyd edib ki: "Mövsümöncəsi məşq etmək, sıfırdan başlamaq və həmişə olduğu kimi, ən yaxşı şəkildə hazırlaşmaq üçün yanvarda Mayamiyə qayıdacağam".
Qeyd edək ki, PSJ-dən sonra "İnter Mayami"yə transfer olunan Messi MLS komandasında 13 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.