Laçına köçən 16 ailəyə evlərinin açarları təqdim olunub
Sosial həyat

Laçına köçən 16 ailəyə evlərinin açarları təqdim olunub

Azad Laçın doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Laçına çatan növbəti 16 ailə öz evinin açarlarını almağın sevincini yaşayıb. Açarlar onlara əvvəlki köçlə Laçına qayıdan ailələrin övladları tərəfindən tərəfindən təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan və Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara açarların təqdim olunması mərasimi keçirilib. Ailələr böyük sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.

Bununla da Laçın şəhərində 168 ailə, yəni, 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.