Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha
Məktublar

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət,

Qardaşınız - Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 dekabr 2023-cü il.