Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan
Məktublar

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizi dünyada görkəmli dövlət xadimi, dahi atanızın siyasətinin müdrik və layiqli davamçısı kimi qəbul edirlər. Siz Azərbaycan xalqı üçün uzun illər Azərbaycan Respublikasının davamlı inkişafını, beynəlxalq arenada onun nüfuzunun möhkəmləndirilməsini təmin etmiş böyük lidersiniz. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası əbədi olaraq Sizin adınızla bağlı olacaq. Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin inkişafına verdiyiniz töhfə yüksək qiymətləndirilir.

Fəxr edirəm ki, uzun illərdir bizi dostluq bağları, qarşılıqlı hörmət və böyüklərimizin vəsiyyətləri birləşdirir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş əhvali-ruhiyyə, Zati-alinizə xas olan tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə daha məhsuldar fəaliyyət diləyirəm. Arzu edirəm ki, bütün təşəbbüsləriniz və planlarınız həyata keçsin. Sizin quruculuq fəaliyyətiniz daim sevinclə, əmin-amanlıqla, dostluq münasibətləri və xoş əhvali-ruhiyyə ilə müşayiət olunur.

Əminəm ki, Rusiya ilə qardaş Azərbaycanı birləşdirən sıx qarşılıqlı faydalı iqtisadi və humanitar əlaqələr bundan sonra da davam etdiriləcək.

Dərin hörmətlə,

İlyas UMAXANOV,

Rusiya Federasiyasının senatoru.