Reklam və elanlar

"KORGÖZ-TİKİNTİ-MATERİAL" ATSC

"KORGÖZ-TİKİNTİ-MATERİAL" AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİN

Rəhbərliyinə, Direktoruna:

Rəy

Biz, Azərbaycan Respublikası Auditorlar Palatasının AT/237 qeydiyyat nömrəli "İcazə"sinə əsasən auditor fəaliyyəti göstərən "HL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətin işçi qrupu, "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022-ci il üzrə 31 dekabr tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022-ci il üzrə 31 dekabr tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini, kapitalda dəyişiklikləri göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətindən asılı deyilik biz digər etik öhdəliklərimizi bu IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətini ləğv etmək ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır, iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

"HL Company" MMC-nin direktoru - Auditor

H.Həsənov

 

25 may 2023- il

Bakı, Azərbaycan