Konstitusiya Məhkəməsi Palatasının iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.-ci və 499.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 24-nə təyin edilmiş iclasında baxılacaq.