Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirəsi üçün müvafiq məkandır
Siyasət

Jelka Tsviyanoviç: Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirəsi üçün müvafiq məkandır

XI Qlobal Bakı Forumunda mühüm mövzular ətrafındakı müzakirələrdə iştirak etmək fürsətini çox yüksək dəyərləndirirəm. Səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və ev sahibliyi edən tərəflərə xüsusi təşəkkürümü bildirirəm.

"Respublika" xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.

Bosniya və Herseqovinanın Azərbaycanla münasibətlərini çox yüksək dəyərləndirən Jelka Tsviyanoviç bunun dost münasibətlər olduğunu söyləyib.

“Hesab edirəm ki, belə Forum, əslində, bütün həmin məsələlərin müzakirəsi üçün müvafiq bir məkandır, multilateralizm böhranının aradan qaldırılmasına xidmət edə bilər və biz onların aradan qaldırılmasına müvəffəq ola bilərik. Ən vacibi isə odur ki, belə tədbirlər körpü sala, aramızda ünsiyyət yarada, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edə bilər”, - deyə o əlavə edib.