İsrailin müdafiə naziri regionda sülh və quruculuq səyləri barədə məlumatlandırılıb
Siyasət

İsrailin müdafiə naziri regionda sülh və quruculuq səyləri barədə məlumatlandırılıb

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müdafiə, hərbi-texniki digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb.

Bu il fevralın 17- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb.

Nazir Yoav Qallant iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.