İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək
Sosial həyat

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilən ərazilərimizdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika" ya verilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək yarmarka Həkəri çayının sahilində təşkil olunacaq.

Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə ustad-dərsləri keçiriləcək.