İranın Hayastan sevgisi
Digər xəbərlər

İranın Hayastan sevgisi

Azərbaycan hər zaman dünya dövlətləri ilə qonşuluq qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında münasibət qurub. Ermənistan Azərbaycan arasında yaranan gərginlik isə digər dövlətlərin laqeydliyi nəticəsində bu gün dəyişməz olaraq qalır.

3 il öncə Azərbaycanın 44 gün ərzində Ermənistan üzərində əldə etdiyi Qələbə bütün dünyaya ölkəmizin real gücünü göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Ermənistan arasında müəyyən razılıqların əldə edilməsi regionda sülhün bərqərar olması istiqamətində atılan mühüm addımdır. Lakin sözdə müsəlman İranın müdaxilələri Ermənistanın mövqeyinə təsiretmə cəhdi böyük maneələr törədir. Məlum faktdır ki, İranın Azərbaycanla xoş qonşuluq münasibətləri hər zaman süni xarakter daşıyıb. 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb düşmən ölkəyə müxtəlif gizli yollarla yardım edən ölkələr arasında ilk sıralarda yer alıb. Ermənistanın sərhədlərini öz qırmızı xətti elan edən İran bu ölkəni indi yeni silahlarla təchiz etməyə davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, ötən əsrin 90- illərində İranın Ermənistan üçün nəfəslik olduğunu vurğulayıb. İran İslam dövləti olsa da, erməni terrorçularını dəstəkləməsi, ilk növbədə, dini dəyərlərə sayğısızlıqdır. 30 il müddətində ermənilər torpaqlarımızda islam abidələrini, məscidləri təhqir edib, talayıb, məscidlərimizdə donuz saxlayıblar.

İranın bugünkü ermənipərəst siyasəti erməni xalqına sevgisindən irəli gəlmir. Buna tək səbəb İran hökumətinin ticari məqsədləridir. 2021-ci ildə İranın hansısa əyalət mollasının Azərbaycana qarşı təhqiramiz, təhdid xarakterli fikirləri, "ali dini lideri" Ayətullah Əli Xameneinin İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimindəki çıxışı, İranın xarici işlər naziri Abdullahianın ölkənin televiziya kanallarından birinə müsahibəsində Azərbaycanı açıqca hədələməsi İran dövlətinin Azərbaycanla gərginliyi artırmaqda maraqlı olduğunu bir daha təsdiq edir. Cənub qonşumuzun istər ayrı-ayrı siyasilərinin, istərsə dini təşkilatların təmsilçilərinin fikirlərində Azərbaycana qarşı hədə-qorxu motivi açıq-aydın görünür. 2021-ci il oktyabrın 5- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı İranın Azərbaycana qarşı sərgiləmiş olduğu düşmən mövqeyindən söz açaraq demişdir: "Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar".

Müharibə dövründə İranın Ermənistana yardımı bu dövlətin tək Azərbaycanın deyil, bütövlükdə İslam dininin düşməni olduğu ortaya çıxdı. Bu il yanvarın 23- Azərbaycanın İranın paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınadı İran səfiri Azərbaycan XİN-ə çağırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18- Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində İranın Azərbaycan səfirliyinə qarşı törətmiş olduğu terror aktı ilə bağlı demişdir: "Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi... Buna görə biz bu məsələ ilə bağlı dərhal şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir... Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik".

İran heç vaxt müsəlman qonşu dövlət kimi Ermənistanın insanlığa sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmayıb, haqqın, ədalətin yanında durmayıb. İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına susmamalı idi. Bu, İranın daha açıq qabarıq formada ermənipərəst siyasət yürütdüyünü göstərir.

Regionda sülhün bərqərar olması üçün İran da düzgün mövqe tutmalı, haqqın yanında dayanmalıdır.

Nəzrin CAVADZADƏ,

"Respublika".