İran səfiri: İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb
MÜSAHİBƏLƏR

İran səfiri: İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb

Bu, mənim bu ərazilərə ikinci səfərimdir. Bu gün Şuşada digər ölkələrin səfirləri, hərbi attaşeləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə çox faydalı konfransda iştirak etdik. İki gün ərzində ərazilərdə görülən bərpa və tikinti işlərinin, minaların zərərsizləşdirilməsi əməliyyatlarının şahidi olduq. Burada olduğum üçün çox şadam.

Bunu AZƏRTAC-a açıqlamasında Şuşadakı beynəlxalq konfransda iştirak edən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi söyləyib.

"İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaranıb. Qarabağ əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu. Regiondakı ölkələr və beynəlxalq ictimaiyyət, eləcə də ABŞ və Fransa bu reallığı qəbul etməlidir. Biz hər zaman doğrunun yanında olmalıyıq", - deyə diplomat qeyd edib.

AZƏRTAC