İqtisadiyyat naziri Macarıstan şirkətlərini ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib
Digər xəbərlər

İqtisadiyyat naziri Macarıstan şirkətlərini ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.

Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti barədə məlumat verən Mikayıl Cabbarov Macarıstan şirkətlərini ölkəmizin əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.

Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Qeyd edilib ki, səfər çərçivəsində macar şirkətlərinin yerli tərəfdaşlarla müvafiq görüşlərinin keçirilməsi iki ölkənin adamları arasında işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli olacaq.

Görüş zamanı macar şirkətlərinin təqdimatı keçirilib.