Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2013-cü il oktyabrın 2-də Strasburq şəhərində imzalanmış 16 nömrəli Protokolu Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 24 fevral 2023-cü il