İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı qərar layihəsi parlamentin iclasına tövsiyə olunub
Digər xəbərlər

İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı qərar layihəsi parlamentin iclasına tövsiyə olunub

Aprelin 3- Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə İnam İmdad oğlu Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edildiyini bildirib. Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən dövlətçiliyə xidmətlərindən danışıb.

Milli Məclis sədrinin birinci müavini İnam Kərimovun Azərbaycanda dövlət xidmətlərində şəffaflığın vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət"in ilk rəhbəri olduğunu diqqətə çatdırıb. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi inzibati hüquqi vəzifələri icra edib. O, İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik bacarığını digər hakimiyyət qolunda - Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə Azərbaycanda ədalət mühakiməsinin effektiv şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Məsələ ilə bağlı Hüquq siyasəti dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev, Nurlan Həsənov, Nizami Səfərov, Erkin Qədirli, Elşən Musayev, Kamal Cəfərov çıxış ediblər. Deputatlar İnam Kərimovun məsul dövlət postlarında çalışarkən öz vəzifəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər. Deputatlar İnam Kərimovun hüquq ictimaiyyətində peşəkar hüquqşünas alim kimi nüfuz qazandığını vurğulayıblar, onun Ali Məhkəmənin hakimi kimi öz təcrübəsindən, peşəkarlığından elmi-nəzəri biliklərindən istifadə edərək məhkəmə sisteminə öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda iştirak edən İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara öz təşəkkürünü bildirib.

Onlayn iclasda deputatlar Əminə Ağazadə, Sabir Hacıyev, Cəbi Quliyev, Vüqar İskəndərov digər rəsmi şəxslər iştirak ediblər.