İlon Mask rebrendinq prosesinə başlayır
Digər xəbərlər

İlon Mask rebrendinq prosesinə başlayır

Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask tətbiqin simvolik quş loqosunu X hərfi ilə əvəz etmək prosesinə başlayıb.

“Respublika” xəbər verir ki, bununla bağlı Mask öz rəsmi sosial media hesabından bildirib.

 Twitter.com web saytının adının  X.com - la əvəzlənəcəyini də bildirən İlon Mask, halhazırda rəsmi hesabında eyni loqodan istifadə edir.

Qeyd edək ki, 2006-cı ildə qurulan Twitter on ildən artıqdır ki, mavi quş emblemindən istifadə edir.

Nurlan ABDALOV,

"Respublika".