İdman: Daim zirvlərədə
İdman

İdman: Daim zirvlərədə

Kriterium üzrə yarışın ikinci mərhələsi keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının II mərhələsinə start verilib. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilir. Sentyabrın 8-də başa çatacaq yarışın ikinci günündə idmançılar cüt ötüşmə, sonuncu günündə isə kriterium növü üzrə güclərini sınayacaqlar. Start və finiş yeri Bayraq Meydanının yaxınlığında olan yarışda idmançılar Heydər Əliyev prospekti ilə hərəkət ediblər. 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 09:07:32) bütün rəqiblərini qabaqlayaraq birinci, Nizami Cavadlı (Təhsil RİM, 09:45:61) ikinci, Artyom Sokolov (ROEQİUGVM İsmayıllı, 09:53:46) üçüncü yerə layiq görülüblər. 2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM, 16:30:78) qızıl, Nihad Xudoyev (ROEQİUGVM, 16:47:15) gümüş, Tunar Sadıqlı (Təhsil RİM, 16:58:58) bürünc medal qazanıb. 2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM, 14:05:75) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Artyom Proskuryakov (Təhsil RİM, 15:18:41) ikinci, Ravi Rzayev (ROEQİUGVM, 15:53:12) üçüncü yerlə kifayətləniblər.

 

Gəncə şəhəri "MDB-nin İdman Paytaxtı" elan edilib

Gəncə şəhəri 2025-ci il üçün "MDB-nin İdman Paytaxtı" seçilib.  Bu qərar II MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilmiş iclasında alınıb. Qeyd edək ki, III MDB Oyunlarına 2025-ci ildə Azərbaycan evsahibliyi edəcək.

 

Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər müəyyənləşib

Sentyabrın 9-da "Dalğa Arena"da saat 17:00-da AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan-Belçika görüşü keçiriləcək. Oyunu idarə edəcək hakimlər açıqlanıb. Referi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək. VAR hakimi Novak Simoviç, onun köməkçisi isə Momçilo Markoviç olacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".