“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb
İdman

“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.

"Respublika" xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib.