Humanitar yardımlar milli keyfiyyətlərin göstəricisidir
Digər xəbərlər

Humanitar yardımlar milli keyfiyyətlərin göstəricisidir

Artıq ikinci ildir ki, Ukrayna-Rusiya müharibəsi davam edir. Münaqişənin başlandığı ilk gündən istər canlı qüvvə, istərsə infrastruktur baxımından hər iki tərəfin itkiləri kifayət qədərdir. Artıq demək olar ki, Ukraynanın böyük bir hissəsi Rusiya silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb.

Böyük şəhərlər raket zərbələri nəticəsində dağılaraq, tanınmaz hala düşüb. İnsanların bu şəhərlərdən qaçıb sığındıqları kəndlər bərbad gündədir. Ukrayna əhalisinin bir hissəsi ölkədən gedərək başqa dövlətlərə sığınıb. Ölkədə qalanlar isə daha çox çətinlik çəkir. Döyüşlərin qızğın getdiyi zamanlarda əhali gecəni zirzəmilərdə yaxud da metro stansiyalarında keçirirlər. Sığınacaqlar insanlarla dolub daşır. Müharibələrdə ən çox əziyyət çəkən təbəqələrdən biri uşaqlardır. Baş verənlərin nədən ibarət olduğunu doğru, düzgün anlamayan körpələrin hər birinin çöhrəsindən qorxu, həyəcan hissi çəkilməyib. Onların bildiyi yalnız müharibənin ölüm gətirməsidir. Çünki həmin uşaqların böyük bir hissəsi ya bir, ya da hər iki valideynini itiriblər. Biz ağır müharibə məşəqqətləri görmüşük. Onlar kimi məcburi köçkün həyatı yaşayıb, yüzlərlə qurban vermişik. Müharibənin hansı fəsadlar, çətinliklər törətdiyini, özü ilə necə bəlalar gətirdiyini çox yaxşı bilirik.

Azərbaycan dəfələrlə Ukraynaya dərman vasitələri, tibbi sərfiyyat malları ərzaq məhsullarından ibarət humanitar yardım edib. Hələ keçən il ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri tibbi sərfiyyat malları, eləcə 1 milyon manat məbləğində ərzaq məhsulları göndərilib. Xatırladaq ki, bundan əvvəl Azərbaycan 2022-ci ilin 27 fevral 12 mart tarixlərində Ukraynaya, 15 aprel tarixində isə ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərib. Ölkəmiz Ukraynadakı yaranmış ağır vəziyyətlə əlaqədar ümumi məbləği 27.6 milyon manat, çəkisi isə 720 ton təşkil edən humanitar yardım göstərmişdir.

Daha bir humanitar yardım partiyası Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib. Yardım əsasən tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA 150 KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay qış geyim dəstləri, 40 cüt uzunboğaz 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa 42 xilasedici önlükdən ibarətdir. Eyni zamanda, xilasetmə əməliyyatlarında istifadə olunan texnika gəmilər üçün 20 ton yanacaq da yola salınıb. Bakıdan təyyarə ilə yola salınan yardım əvvəlcə Polşaya, sonra isə Ukraynaya çatdırılacaq. Humanitar yardımı aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınıb.

Səfir V.Kanevski jurnalistlərə açıqlamasında "Dost Azərbaycan xalqına dərindən minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi köməyi növbəti dəfə hiss edirik. Bu gün bu yardım Azərbaycanın paytaxtı Bakıdan Ukraynaya, oradan da fəlakət zonasına çatdırılacaq. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bu, Ukrayna Azərbaycan xalqlarının səmimi dostluğudur. Azərbaycana eşq olsun! Ukraynaya eşq olsun!", - deyə qeyd edib.

Rəsmi məlumatlara görə, bu vaxta kimi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Yardımların həcmi miqyası bunlarla bitmir. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 90-a yaxın ukraynalı uşaq tibbi sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. Həmçinin, İrpen şəhərində olan hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam təmir-bərpa edilib. Azərbaycan dövlətinin Ukraynaya mütəmadi olaraq humanitar yardım etməsini Ukrayna dövləti məmnunluq hissi ilə qarşılayır. Bu, iki dövlət arasında olan dostluq münasibətlərindən irəli gəlir.

Ramidə YAQUBQIZI,

"Respublika".