Heykəlləşən qadınlar, qadın heykəlləri
Sosial həyat

Heykəlləşən qadınlar, qadın heykəlləri

Qadın gözəlliyi... Dünya yaranandan, insan özünü dərk etməyə başlayandan şairlərin sözünün, bəstəçilərin gözəl melodiyasının, rəssamların ən möhtəşəm tablolarının, heykəltaraşların sənət əsərlərinin süjet xəttini təşkil edib. Bu mədəniyyət inciləri qadın gücünü, ağlını onun zərifliyi, kövrəkliyi vəhdətində çatdırmağa çalışıb...

Elə Luo Li Rong inanılmaz qadın heykəllərini, britaniyalı Riçard Stayntorp metal məftillərdən qadın obrazlarını, İyan Mişel Bihorel çiçəkdən hazırlanmış qeyri-adi rəqəmsal qadın fiqurlarını da... qadına sevgidən belə gözəl yaradıblar. Onlara baxanda adama elə gəlir ki, indi yerlərindən qalxıb küləyin qanadlarında uçacaq, səninlə dil açıb danışacaqlar.

Bu bayram günündə qadın heykəllərindən, heykəlləşən qadınlardan danışmaq istəyirəm. Çətin bir sual qarşısındayam: Görəsən ən möhtəşəm qadın heykəli dünyanın harasındadır? Yaddaşıma güvənmirəm, bir qədər tarixi vərəqləyirəm...

Venera de Milo ("Milo Venera") Luvrda yerləşir, eramızdan əvvəl 130-100- illər arasında yaradılmış yunan heykəlidir. Bəlkə ən məşhur qədim heykəllərdən biridir. Sınıq qollar ona xüsusi gözəllik qatır. Dəqiq yaranma tarixi müəllifi bəlli deyil.

Knidoslu Afrodita. Türkiyənin Datça ərazisindəki antik Knidos şəhəri heykəltaraşlığın vətənidir. Tarixin ilk gözəllik yarışının ev sahibidir bu torpaqlar. Rəvayətə görə, tanrılar arasında keçirilən bu yarış təxminən 4 min il əvvəl olub. Afrodita adı əsrlərdir ki, dünyanın ən gözəl qadını, qüsursuz nisbət mükəmməllik anlayışları ilə birgə, yanaşı işlənir. Bu gözəlliyin şərəfinə məbədlər tikilib, saysız-hesabsız heykəllər ucaldılıb. Yunan mifologiyasının eşq gözəllik tanrısı olan Afrodita dənizlərdə olanların qoruyucusu eyni zamanda məhsuldarlıq, artma bərəkət ilahəsidir. Antik dövr sənətkarlığının qürur qaynaqlarından biridir, Knidoslu Afrodita heykəli. Bu estetik möcüzə öz zamanının yazarları tərəfindən belə "antik dünyanın görməyə dəyən şah əsəri" adlandırılıb. Heykəltaraş Praksitelesin şah əsərlərindən biridir...

Azadlıq heykəli ya "Dünyanı işıqlandıran azadlıq" heykəli. Nyu-Yorkda Mantiettenində, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 1886- il oktyabrın 28- Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776- il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın ABŞ-ın simvollarından biri olan heykəl xaricdən gələn qonaqları salamlayan rəmzdir: Azadlıq, insan haqları, köləliyin aradan qaldırılması, demokratiya inkişaf... Heykəl bunları təmsil edir. Bu gün ən çox ehtiyac duyulan dəyərləri...

Bu arada gözəl Bakımızın küçələrinə nəzər yetirməyə ehtiyac duyuram...

Paytaxtın Abbasquluağa Bakıxanov prospektində bir abidə var. Sevil Qazıyevanın abidəsi. Bir zamanlar çox məşhur idi, ulduz kimi parlayırdı. Azərbaycanda "Qızlar, sükan arxasına!" hərəkatının təşəbbüsçüsü, qadınlar arasında pambıqyığan maşınının ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı, respublikanın Əməkdar mexanizatoru idi Sevil. O zaman 1300 nəfərdən çox sürücü-mexanik qızların hazırlanmasında gərgin əmək sərf etmişdi. 1960- ilin əvvəllərində Azərbaycan komsomolu kənddə texnikanı geniş tətbiq etmək, kənd təsərrüfatı işlərini kompleks mexanikləşdirmək uğrunda geniş yürüşə başladı. Bu nəcib sosialist kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul bolluğu yaratmaq məqsədi daşıyırdı. Texniki-peşə məktəblərində qız sürücü-mexanizatorları hazırlanırdı. Sevil məktəbi bitirib 5 nömrəli Mil pambıqçılıq sovxozunda işləyirdi. Maşınla pambıqyığan qızların pioneri oldu. Baharda doğulmuşdu, elə baharda da dünyasını dəyişdi Sevil, özü 23 yaşında. "Maşın qız işi deyil" deyənlərin üzərində qələbə çaldı. Faciəli ölüm olmasaydı, kim bilir o, nələr edəcəkdi.

1966- ildə ölümündən 3 il sonra heykəltaraş Münəvvər Rzayeva bu qəhrəman, cəsur qızın büstünü hazırladı. Parklarda heykəlləşdi Sevil...

Azad qadın. Fuad Əbdürrəhmanovun hazırladığı, 1960- ildə Bakı şəhərinin Cəfər Cabbarlı Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir, "Azad qadın". Heykəl Cəfər Cabbarlının "Sevil" pyesindən ilhamlanaraq hazırlanmışdır. Çadradan azad olan Azərbaycan qadınının tənqid sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak etmək, təhsil almaq işləmək hüququnu ifadə edir heykəl.

"Azad qadın" heykəli sənətkarın yaradıcılığında növbəti plastik sənət nümunəsi kimi qalmır. O, azadlığa, yeniliyə, inkişafa tərəqqiyə can atan Azərbaycan qadınının rəmzinə çevrilir. Öz çadrasını ataraq müasirliyə qərar verən azad Azərbaycan qadını ağır keçmişini, bu gününü inamlı gələcəyini özündə cəmləşdirmişdi bu obrazda. Azərbaycanın tarixi keçmişində mövhumatçılığı gender bərabərsizliyini ifşa edən heykəl azərbaycanlı qadının cəmiyyətdə dəyişən yerini, rolunu hüququnu bir daha təsbit edir. Abidənin daşıdığı ideyadan bəhs edərkən müəllif Fuad Əbdürrəhmanov deyir: "Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür edirdim. O, çabalayır nəhayət ki, azadlığa çıxır. Bir saniyə keçir o, yüksələrək günəşli səmaya can atır".

"Ana harayı" ya "Xocalı soyqırımı" abidəsi - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş qətliamda ölənlərin xatirəsinə ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, müəllifləri isə Aslan, Mahmud Teymur Rüstəmovlardır. Hər il soyqırımının ildönümündə Azərbaycan Prezidenti minlərlə Bakı sakini abidəni ziyarət edir. Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov deyir: "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciə dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı". Digər müəllif Mahmud Rüstəmov isə belə qeyd edir: "Xətai Rayon İcra Hakimiyyətindən sifariş veriləndə doğrusu bunun qədər ağır məsuliyyətli olduğunu anladıq. Atam Aslan Rüstəmov, qardaşım Teymur mən, yəni ata iki qardaş birlikdə bir neçə eskiz hazırladıq. Çox müzakirələrdən sonra onlardan biri qəbul edildi bunun üzərində işə başladıq. Təbii ki, bunu işləmək asan deyildi. Faciəni əks etdirən şəkillər ürəyimizi pərən-pərən edirdi. Çoxuna baxmaq mümkün deyildi. Bu, böyük ağrıdır, çox ağır tarixdir".

Bu, Xocalı harayıdır, yüzlərlə körpəsini itirən anaların, anasını itirən körpələrin harayı. Bu harayda düşmən gülləsinə tuş gələn körpə balalarımızın imdad diləyən qışqırtısı, ürəyi qana dönmüş anaların ah-naləsi tək-tək eşidilir. Öldürülmüş körpəsini ürəyinə sıxmış ana dünyaya sülh, əmin-amanlıq istəyir.

Beləcə, dünyanın müxtəlif yerlərində ucaldılmış qadın heykəllərinin bəzilərindən söz açdıq bir daha əmin olduq ki, qadın gözəlliyi, ağlı, gücü, cəsarəti, qeyrəti... hələ bundan sonra da sənət əsərlərinin özəyini, mayasını təşkil edəcək. Qadınlar azadlıq simvolu kimi dünyanı sülhə səsləyəcək, çünki o, həm anadır. Analar isə övladların ürəyində heykəlləşir. Düşünürəm ki, ən möhtəşəm abidə elə ürəklərdə yaranır...

Zümrüd QURBANQIZI,

"Respublika".