Heydər Əliyev  müasir gənclər  siyasətinin banisidir
Siyasət

Heydər Əliyev  müasir gənclər  siyasətinin banisidir

"Bizim bugünkü gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

Heydər ƏLİYEV,

Ümummilli lider.

Müstəqil dövlətçiliyimizin inkişafında gənclərimizin rolu böyükdür. Gənclərimizin sağlam əqidəli, vətənpərvər Azərbaycan vətəndaşı kimi yetişdirilməsində ümummilli liderimiz Heydər Əliyevin danılmaz əməyi xidmətləri var. Ulu öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuşdur. Heydər Əliyevin 1993- ildə hakimiyyətə qayıdışı zamanı ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində köklü dəyişikliklər edildi. Ulu öndər gənclərə dövlət qayğısını təmin etməklə onların layiq olduğu mərtəbəyə yüksələ bilməsinə imkan yaratdı.

Təbii ki, Azərbaycan gənclərinin günümüzün müasir, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə müstəqillik, dövlətçilik, azadlıq onların qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları irəli sürdüyü prioritetlər Azərbaycanın hazırkı gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyərək Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd etmişdir. O, həmçinin daim sağlam savadlı gəncliyin dövlətə sahib çıxmaq iqtidarında olduğu fikrini əsaslandıraraq işıqlı bir nəslin yetişməsinə xidmət etmişdir. 1970-1980-ci illərdə onun göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən uşaqlarından asılıdır".

Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı diqqət göstərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, onların mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Təsadüfi deyil ki, ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünü məhz gənclərlə keçirdi. 22 sentyabr 1993- ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında ümummilli liderimiz onlara dərin inam bəslədiyini ifadə etdi. Onun "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlamdüşüncəli gənclərdir" - sözləri hər kəsə ümid oldu.

2 fevral 1996- il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda ümummilli lider şəxsən iştirak etmişdi. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibətilə gənclərlə görüşən ümummilli lider "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.

Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş gənclərə müraciət ünvanlamışdır: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi ulu öndər 1999-cu ildə "Dövlət Gənclər Siyasəti haqqında" Fərman imzalamışdır. Fərmana əsasən "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş 9 aprel 2002-ci il tarixində Heydər Əliyev tərəfindən imzalanmışdır. Beləliklə, ulu öndər gənclər siyasətini düzgün uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycanı uğurlu gələcəyə aparan siyasət bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın məcburi köçkün ailələrindən olan yeniyetmə gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi Dövlət Proqramının əsasını təşkil etmişdir.

Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin yaradıcı gənclərin sosial, iqtisadi s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da keçirilən tədbirlər sırasındadır. Bu sahədə atılan bütün addımlar məhz dövlətimizin bir daha gənclərə olan etimadının, onların gələcəyinə necə məsuliyyətlə yanaşdığının göstəricisidir.

Nurlan ABDALOV,

"Respublika".