HEYDƏR ƏLİYEV İDEYALARI ƏBƏDİYAŞARDIR
Sosial həyat

HEYDƏR ƏLİYEV İDEYALARI ƏBƏDİYAŞARDIR

2023 - il bir çox əlamətdar hadisələrlə yaddaşlara tarixə həkk olunacaq. Ölkəmizin həyatında istər dövlətçilikistərsə iqtisadi yüksəliş baxımından zəngin bir il yaşayırıq. Bu il həm   müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə  bağlı olduqca maraqlı tədbirlər həyata keçirilir. Ümummilli liderin ölkəmizin çiçəklənməsi müstəqilliyi istiqamətində gördüyü işlər hər hansı tədbirə, təqvimə sığmır.

Yusif Qazıyevin "Heydər Əliyev ideyaları əbədiyaşardır" kitabında ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, cəsarətli siyasi gedişləri, müstəqil dövlət quruculuğu uğrunda apardığı mübarizədən söhbət açılır. Eyni zamanda ümummilli liderin bu yolda qarşılaşdığı haqsızlıqlaraxəyanətlərə çətinliklərə toxunulur. Kitabı maraqlı oxunaqlı edən cəhətlərdən biri , ulu öndər Heydər Əliyevin müdrik hikmətli sözlərindən bəhs olunmasıdır.

Kitabı vərəqlədikcə Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki  fəaliyyətinə, eyni zamanda müxtəlif dövrlərdə xarici diplomat dövlət başçılarının ulu öndər haqqında ürək sözlərinə, dəyərli fikirlərinə rast gəlirik. Dünyanın bir çox dövlət rəhbərləri ulu öndərə hər zaman  hörmət ehtiramla yanaşmışlar. Bu gün Heydər Əliyev dühası lider dövlətlərin rəhbərləri tərəfindən ehtiramla anılırHəmçinin kitabda bu dahi şəxsiyyətin Vətən sevdalısı olmasından da geniş şəkildə bəhs olunur. 34 il Azərbaycan dövlətinin inkişafına möhkəm dayaqlar üzərində bərqərar olmasına bütün varlığı ilə çalışan ulu öndərin fəaliyyətinin işıqlandırılması baxımından kitab olduqca böyük əhəmiyyət kəsb edirMüəllifin fərqli zamanlarda Heydər Əliyev haqqında çap edilmiş məqalələri kitabda yer alır. Yusif Qazıyev kitabda təkcə Heydər Əliyev dühası haqqında yazmaqla kifayətlənməmiş, həmçinin o, ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fədakar fəaliyyətinə toxunmuşdur. Kitab Yusif Qazıyevin ulu öndər Heydər Əliyevin 100 illik yubiley ilinə ən dəyərli töhfəsidir.

Ramidə YAQUBQIZI,

"Respublika".