“Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

“Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 iyun 2023-cü il