Heydər Əliyev adına Saray
Digər xəbərlər

Heydər Əliyev adına Saray

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanHeydər Əliyev Sarayıhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Layihəsi Bakı şəhər Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan - kino-konsert kompleksi kimi tikilən möhtəşəm bina ümummilli liderimiz Heydər Əliyevin qayğısı nəticəsində Əliş Ləmbəranskinin tikintiyə rəhbərliyi ilə yüksək peşəkarlıqla tikilərək 11 dekabr 1972-ci ildə təhvil verilmişdir.

Bir çox möhtəşəm hadisələrə şahidlik edən sarayda 1972-2002-ci illər arasında keçirilən respublika, ittifaq beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlər, o cümlədən ulu öndərin təşəbbüsü bilavasitə rəhbərliyi ilə Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, H.Cavidin 100 illik yubileyləri, "Kitabi-Dədə Qorqud"un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı tədbirlər keçirilmişdir. Sənətə, mədəniyyətə, iqtisadiyyata, respublikanın uğurlarına, el şənliklərinə həsr olunan tədbirlərin əksəriyyətində Heydər Əliyev müdrük çıxışları ilə yaddaşlara həkk olunmuşdur.

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".

Ulu öndər ikinci hakimiyyəti dövründə xalq qarşısında bu sarayda and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı cənab İlham Əliyev ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib.

Mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusu - ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Bu möhtəşəm saray Prezident İlham Əliyevin diqqət qayğısı ilə özünün ikinci həyatına qədəm qoyub. Ölkə başçısının sərəncamı ilə əsaslı şəkildə təmir edilən yenidən qurulan monumental binalardan biri olan bu sarayda səhnənin salonun işıqlandırma səsləndirmə sistemlərini idarə edəcək kinoproyeksiya korpusunda xeyli işlər görülmüşdür. Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva səhnənin tərtibatının layihəsi ilə maraqlanıb, tamaşa salonunun akustik divar elementlərinin bəzək-tamamlama işlərində istifadə olunacaq materiallara uyğun seçilməsi, salonda quraşdırılacaq oturacaqların səhnə pərdəsinin nümunələri ilə bağlı tövsiyələrini vermişlər. Yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray bu gün paytaxt Bakının, ölkəmizin rəmzinə çevrilən, özünün gözəlliyi möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından birinə çevrilib.

Respublika”.